AMEA-nın Ədəbiyyat İnstitutunun baş elmi işçisi filologiya elmləri doktoru, dosent Pərvanə İsayeva vəfat edib.
Ədəbiyyat qəzeti xəbər verir ki,Pərvanə Bəkir qızı İsayeva 1969-cu ildə Bərdə rayonunda anadan olub. Bir müddət Bakı Slavyan Universitetində çalışan alim Ədəbiyyat İnstitutunun Ədəbiyyat nəzəriyyəsi şöbəsində fəaliyyət göstərirdi. O, həmçinin Ali Attestasiya Komitəsinin Ekspert şurasının üzvü idi.
Allah rəhmət eləsin
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!