Filologiya elmlər doktoru, tənqidçi İradə Musayeva dünyasını dəyişib.
Qeyd edək ki, İradə Əyyub qızı Musayeva Ağdam şəhərində anadan olub. BDU-nun filologiya fakültəsini bitirib. 2001-ci ildə “Vaqif Səmədoğlunun yaradıcılığı” mövzusunda namizədlik dissertasiyasını müdafiə edib. Xeyli sayda monoqrafiya, ədəbiyyatşünaslığın və müasir ədəbi prosesin həlli vacib problemlərini araşdırıb, elmi məqalələrin və tədris metodik vəsaitlərin, proqramların müəllifidir. 2002-ci ildə Aydın Məmmədov adına ədəbi tənqid mükafatına, 2016-cı ildə isə Azərbaycan Yazıçılar Birliyinin və Ədəbiyyat qəzetinin "Əli bəy Hüseynzadə" mükafatına layiq görülüb. Bir müddət Bakı Qızlar Universitetinin tədris işləri üzrə prorektor vəzifəsində çalışıb.
Allah rəhmət eləsin
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!