Əziz, hörmətli İsa müəllim!
Siz haqqımda çox dəyərli bir məqalə yazmaqla öz ucalığınızı bir daha göstərmisiniz! Mən sizin "Molla Nəsrəddin" cildlərinə yazdığınız çox qiymətli və mənalı yazılarınızı oxuyarkən, heyrətlənmişdim və bu heyrətimi bütün tanıdığım insanlara ağızdolusu danışmışdım. Mənə verdiyiniz kitabları oxuyanda bu hissləri bir daha yaşadım və mənə elə gəldi ki, yaşamağa dəyər! Ona görə ki, sizin simanızda ölkəmizdə Mirzə Cəlili, onun "Molla Nəsrəddin"ini yaşadan görkəmli bir şəxsiyyət olduğunuzu gördüm! O vaxta qədər elə bilirdim ki, Mirzə Cəlili, M.Ə.Sabiri, Ə.Haqverdiyevi - bu böyük insanları nə vaxtsa unuda bilərlər. Siz öz akademik yazılarınızla onlara bir daha heykəllər ucaltmısınız! Allah sizi var eləsin, ömrünüz uzun olsun!
Yazılarıma verdiyiniz qiymət isə məni çox mütəəssir edir. Sizin yazılarımı dəyərləndirməyiniz qarşısında minnətdarlıq ifadələrimi çatdırmaqda çox acizəm.
Sizi bağrıma basıram!
Dərin hörmət və ehtiramla,
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!