Moldovanın "Literatura Arta" qәzeti ("Әdәbiyyat qәzeti") 2017-ci il üçün mükafat alanların siyahısını dәrc etmişdir. Mükafat alanlar arasında hәmyerlimiz şair Mәmmәd İsmayıl da vardır. M.İsmayılın Edebiyyatqazeti.az saytına verdiyi məlumata görə, şair bu mükafata "Literatura Arta" qәzetinin 2017-ci il 17 avqust nömrәsindә qәzetin baş redaktoru, şair Nikolay Dabijanın ön sözüylә gedәn silsilә şeirlәrinә görә layiq görülmüşdür
Yeri gәlmişkәn, qeyd edәk ki, keçәn il Kişinyovun “Editura pentru Literatura şi Arta” nәşriyyatı rumındilli poeziyanın әn önәmli şairlәrindәn olan Nikolay Dabijanın tәrcümәsindә hәmyerlimizin “Sporırea Tacerıı” ”(İdmançı sәssizliyi”) adlı şeirlәr kitabını nәfis şәkildә çap etmişdi. Kitab Rumınyada vә Moldovada rəğbətlә qarşılanmış vә haqqında Rumınyanın sevilәn şairlәrindәn olan Mariana Jıoara geniş tәhlil mәqalәsi yazmışdır. Hәmin mәqalә dә "Literatura Arta" qәzetindә çap olunmuşdu.
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!