Yanvarın 16-da Mirvarid Dilbazi Poeziya Məclisinin təşəbbüsü və təşkilatçılığı və Xətai Rayon İcra Hakimiyyətinin dəstəyi ilə “Papaq qeyrətimizdir, kəlağayı ismətimiz” adlı layihə çərçivəsində Xətai Sənət Mərkəzində sərgisi açılıb.
Mirvarid Dilbazi Poeziya Məclisindən AZƏRTAC-a bildirilib ki, layihənin məqsədi xalqımızın folklor yaddaşından gələn bu milli geyim nümunələrini yaşatmaq, tanıtmaq və gələcək nəsillərə ötürməkdir. Layihə çərçivəsində bu il həm Azərbaycanda, həm də ölkəmizin hüdudlarından kənarda milli dəyərlərimiz olan papaq və kəlağayının geniş şəkildə təbliği planlaşdırılır.
Diqqətə çatdırılıb ki, aprel ayında “Papaq və kəlağayı festivalı'' keçiriləcək və festivalda Azərbaycanımızın bölgələrindən olan papaq və kəlağayı ustaları öz əl işlərini sərgiləyəcəklər.
Həmçinin layihə çərçivəsində silsilə tədbirlər 2025-ci ilin sonunadək davam edəcək.
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!