"Hekayəti-Kərəm" yazılı dastan abidəsi" adlı kitab çap olunub.
APA xəbər verir ki, kitabın müəllifi Filologiya üzrə Fəlsəfə doktoru, dosent Əli Məmmədbağıroğlu, redaktoru Mahnur Kərimova, rəyçi Kamil Allahyarovdur.
Kitabda Azərbaycan şifahi xalq ədəbiyyatında çox məşhur olan "Əsli və Kərəm" dastanının "Hekayəti-Kərəm" adı ilə əlyazmaya köçürülmüş, AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunda saxlanılan yeganə nüsxəsilə əlaqəli aparılmış elmi-paleoqrafik, filoloji tədqiqat və əlyazma abidəsinin mətni əski əlifbadan çağdaş Azərbaycan əlifbasına transfoneliterasiya edilməklə ilk dəfə oxuculara təqdim olunur. 1867-ci ildə köçürülmüş dastanın bu yazılı variantı Azərbaycanın görkəmli maarifpərvər ziyalısı Hüseyn əfəndi Qayıbova məxsus əlyazma məcmuəsində dövrümüzə gəlib çatıb.
Yazılı dastan abidəsilə bağlı təqdim olunan araşdırma və dastanın transfoneliterasiya edilmiş mətni tədqiqatçılar, eyni zamanda geniş oxucu kütləsi üçün nəzərdə tutulub.
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!