“Narkomaniyaya yox deyək!” mövzusunda hekayə müsabiqəsinin qalibləri - elan olunub

Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzinin (İSİM) Azərbaycan Yazıçılar Birliyinin (AYB) “Ulduz” jurnalı ilə birgə keçirdiyi “Narkomaniyaya yox deyək!” hekayə müsabiqəsinin yekunlarına həsr olunmuş tədbir keçirilib. AYB-nin Natəvan klubunda 24 dekabr 2024-cü ildə təşkil olunan tədbiri “Ulduz” jurnalının baş redaktoru Qulu Ağsəs açaraq səhiyyə müəssisələri ilə yaradıcı təşkilatların əməkdaşlığını yüksək qiymətləndirib.

İSİM-in direktoru Qəhrəman Haqverdiyev çıxış edərək vurğulayıb ki, müsabiqənin təşkilində əsas məqsəd xüsusən gənc nəsildə sağlam davranışların formalaşdırılması, zərərli vərdişlərin həm sağlamlığa, həm də cəmiyyətin inkişafına mənfi təsirləri barədə əhali arasında məlumatlılığın artırılmasıdır.

AYB-nin katibi Elçin Hüseynbəylıi, Bədii Tərcümə və Ədəbi Əlaqələr Mərkəzinin sədri Əsəd Cahangir, İSİM-in Səhiyyə kommunikasiyası şöbəsinin müdiri Laura Quliyeva, yazıçı Nazilə Gültac, AYB-nin Lənkəran bölməsinin sədri, yazıçı Qafar Cəfərli çıxış edərək bildiriblər ki, narkomaniya və digər zərərli vərdişlərə qarşı mübarizə aparmaq üçün müvafiq qurumların əlaqələndirilmiş şəkildə fəaliyyət göstərməsi, əhali arasında geniş təbliğatın aprılması zəruridir.

“Narkomaniyaya yox deyək!” mövzusunda təşkil olunan hekayə müsabiqəsinin  finalçıları – Azər Qismət, Coşqun Xəliloğlu, Nemət Mətin, Günel Mehri, Qafar Cəfərli, Rövşən Qaragözov, Ruzbeh Məmməd, Məlahət Hümmətqızı, Nazilə Gültac və Tural Cəfərli qalib elan olunub. Onların hekayələrindən ibarət “Həyatımızı sağlam yaşayaq!” adlı hekayələr toplusu nəşr olunub. Kitabda yer alan hekayələrdə narkotik maddələrdən istifadənin acı nəticələri təsvir olunub, sağlam həyat tərzi seçmək təbliğ və təşviq edilib.

 

 


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!