Azərbaycan şairlərinin divanları "Türkcə Divanlar Sərgisi"ndə

Türkiyə Atatürk Mədəniyyət, Dil və Tarix Yüksək Qurumu və Türk Dil Qurumunun birgə təşkilatçılığı ilə yanvarın 24-də Ankarada "Türkcə Divanlar Sərgisi" açılacaq.

Edebiyyatqazeti.az saytı Türkiyə mətbuatına istinadla xəbər verir ki, Milli Kitabxana sərgi salonunda açılacaq sərgidə keçmişdən bu günümüzədək türkcə divan tərtib edən şairlərin 100 divanı nümayiş etdiriləcək. Sərgidə Azərbaycan şairlərinin də divanları yer alacaq.

Ziyarətçilər sərgidə türk ədəbiyyatının mühüm mənbələrindən olan divanları bir arada görmək imkanı əldə edəcəklər.

Sərgi yanvarın 26-dək ziyarətçilərə açıq olacaq.


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!