Bəzən elə an gəlir ki, o vaxt seçim etməli olursan, özü də yaxşı və ya pis arasından deyil, iki yaxşı arasından...
Qonağımız İradə Musayevadır
Poeziya, yoxsa proza?
- Qərbin prozası, Şərqin poeziyası.
Rəsm, yoxsa heykəltəraşlıq?
- Rəsm. Heykəltəraşlıqda donmuş, süst və birmənalılıq olur adətən. Rəsm isə başqadır...
- "Molla Nəsrəddin", yoxsa "Füyuzat"?
- Hər ikisi. Biri olmasa XX əsrin əvvəllərindəki möhtəşəm oyanma səhnəsi yarımçıq görünər...
- Oxu tar, yoxsa oxuma tar?
- Oxu tar...
- Folkner, yoxsa Heminquey?
- Heminquey.
- Ənənə, yoxsa müasirlik?
- Müasirlik...
- Elm, yoxsa din?
- Elmli din...
- Aşıq musiqisi, yoxsa muğam?
- Əlbəttə, muğam...
- Sartr, yoxsa Kamyu?
- İkisindən birini seçmək şərtinə görə Sartrdan üzr istəyib, Kamyunun kitabına əl uzadaram... Kamyu
- Teatr, yoxsa kino?
- Kino. Teatrda səhvlər, çiyliklər çox olur. Hər oyunda, hər aktyorda. Kino isə mükəmməl və daha həyati, daha tanış cizgili olur...
- "Məhşər", yoxsa "İdeal"?
- "Məhşər". Çünki orda həm İ.Hüseynov var, həm də Nəsimi. Hələ üstəlik, filmində həm də Rasim Balayev...
- Düma, yoxsa Coys?
- Əslində Coys deməliyəm. Amma əsaslandırmaqda çətinlik çəkə bilərəm. Ona görə tanış, nisbətən doğma Düma...
- Realizm, yoxsa postmodernizm?
- İkisini də bir araya gətirə biləcək başqa bir "izm"...
- Hüseyn Cavid, yoxsa Cəfər Cabbarlı?
- Əlbəttə, H.Cavid. Sınmadığı üçün. C.Cabbarlı 1928-də artıq sovet dramaturqu idi...
- Sənət sənət üçün, yoxsa sənət xalq üçün?
- Sənət sənət üçündür.
- Heca vəzni, yoxsa sərbəst?
- Sərbəst.
- Dostoyevski, yoxsa Tolstoy?
- Tolstoy.
- "Əsərlərimi yandır" - deyə vəsiyyət edən Kafka, yoxsa dostunun sözünə əməl etməyən Maks Brod?
-Kafka.
- Bakı, yoxsa mədəniyyət mərkəzi Paris?
- Paris.
- Oxucunun istəyi, yoxsa müəllifin diktəsi?
- Heç biri. Həyatın özü...
Hazırladı:
M.AĞAOĞLU
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!