Məmməd İsmayıla yubiley təbriki - ANAR

Hörmətli Məmməd!

85 yaşını ürəkdən təbrik edirəm. Çağdaş şeirimizin görkəmli nümayəndəsi kimi səni həmişə yüksək qiymətləndirmiş və bunu dəfələrlə çıxışlarım və yazılarımda ifadə etmişəm. Bu günlərdə Trabzonda mühüm ədəbi tədbirdə olduğum üçün yubiley mərasimində iştirak edə bilməyəcəyimə təəssüflənirəm. Qəlbən səninlə və yubiley iştirakçılarıylayam.

Sənə uzun ömür, cansağlığı və yeni yaradıcılığında uğurlar arzulayıram.


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!