Xalq yazıçısı Çingiz Abdullayevdən Han Kanqa - Nobel təbriki

Han Kanq 2024-cü il üçün Nobel mükafatını qazandı. Cənubi Koreyadandır. Buker mükafatı və Fransa Medici mükafatı da daxil olmaqla, H.Kanqın bütün mükafatlarını sadalamaq çətindir. Onun məşhur romanlarından ikisi - "Vegeterian" və "İnsan əməlləri" rus dilində nəşr edilib. Demək olar ki, bütün əsərləri ingilis dilinə tərcümə olunub.

Son illərdə bəzən bu mükafat estetik və ədəbi meyarlar üzrə haqqı açıq-aydın çatmayan uğursuz laureatlara da verilib. Han Kanq sivilizasiya inkişafının tarixi kökləri ilə həyatın fəlsəfi mənasını anladan, əks etdirən möhtəşəm romanların müəllifidir. Onu təbrik edir və "dünya şöhrəti" arzusunda olan bütün gənc yazarlarımıza onun kitablarını oxumağı məsləhət görürəm. Özünü inkişaf etdirmək üçün çox faydalıdır. Heyif ki, onun romanları Azərbaycan dilinə tərcümə edilməyib. Amma ingilis və rus dillərində nəşr olunub.

Böyük ədəbiyyat heyərtamizdir, tərbiyə edir, düşündürür və yaşamağa kömək edir. Belə bir seçim üçün Nobel komitəsinə təşəkkürlər.


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!