Qırğızıstan “Dünya Aytmatovu oxuyur” aksiyası keçirir

2018-ci ildə Qırğızıstanda görkəmli qırğız yazıçısı Çingiz Aytmatovun 90 illiyi ilə bağlı geniş yubiley tədbirləri keçirilməsi nəzərdə tutulub. Bu münasibətlə respublikada “Dünya Aytmatovu oxuyur” aksiyası start götürür.

Online-fleşmobda iştirak etmək istəyənlər Aytmatovun əsərlərindən bir parça oxuyaraq, 2 dəqiqədən uzun sürməyən video çəkib sosial şəbəkələrdə #Aitmatov  və #educationkg heşteqləri ilə paylaşmalıdırlar. Aksiyada Qırğızıstan məktəblərində təhsil alan yerli və əcnəbi şagird və tələbələrlə yanaşı, xaricdə təhsil alan qırğızlar da iştirak edə bilərlər. Sonuncular əsərdən parçanı təhsil aldıqları ölkənin dilində oxumalıdırlar.

Qeyd edək ki, “Dünya Aytmatovu oxuyur” aksiyası respublikanın elm və təhsil nazirliyi tərəfindən keçirilir.

 


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!