Ulucay Akifin yeni kitabı - çap olunub

Ulucay Akifin “Adını unutduğum qadınlar” adlı yeni kitabı işıq üzü görüb.

“Çardaq” nəşriyyatında çap olunan kitaba müəllifin son dörd ildə qələmə aldığı yeni şeirləri və əvvəlki şeirlərdən seçmələr daxildir.

“Adını unutduğum qadınlar” müəllifin sayca üçüncü kitabıdır. Bundan əvvəl 2016-cı ildə “Günəşə atılan mərmilər”, 2020-ci ildə isə “Gizlənqaç” kitabları çap olunub.

Qeyd edək ki, 5 oktyabr saat 13:00-da 10-cu Bakı Beynəlxalq Kitab Sərgisi çərçivəsində kitabın imza saatı baş tutacaq. İmza saatı “Kosmo” nəşriyyatının stendində keçiriləcək.

kulis.az


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!