Edebiyyatqazeti.az ın rus mətbuatına istinadən verdiyi xəbərə görə, Parisdə YUNESKO-nun 39-ci sessiyasında təşkilatın 2018 və 2019-cu illərdə iştirak etməyi planlaşdırdığı xatirə günlərinin siyahısı təsdiqlənib.
Siyahıda ümumilikdə 48 xatirə günü yer alıb. Bu siyahıya rus ədəbiyyatının klassiklərindən 3 nəfərin – Maksim Qorki, İvan Turgenev və Aleksandr Soljenitsının adı da daxil olub.
Ədiblərin üçünün də xatirə günləri 2018-ci ilə təsadüf edir: Martın 28-də M.Qorkinin anadan olmasının 150, 9 noyabrda İ.Turgenevin anadan olmasının 200 ili tamam olur. İli 11 dekabrda – Nobel mükafatı laureatı A.Soljenitsının 100 illiyi tamamlayacaq.
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!