AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun Müstəqillik dövrü Azərbaycan ədəbiyyatı şöbəsinin baş elmi işçisi, filologiya elmləri doktoru, AMEA-nın professoru, Rusiya Təbiət Elmləri Akademiyasının həqiqi üzvü Salidə Şərifovanın “Bayram İsgəndərlinin həyatı, bədii yaradıcılığı və publisistikası” monoqrafiyası çapdan çıxıb.
Bu barədə Ədəbiyyat İnstitutundan məlumat verilib. Bildirilib ki, Ədəbiyyat İnstitutunun Elmi şurasının qərarı ilə çapa tövsiyə olunan monoqrafiya “Sənətkarın elmi pasportu” seriyasında işıq üzü görən əlli dördüncü nəşrdir. “Elm və təhsil” nəşriyyatında çap olunan monoqrafiyada jurnalist, dramaturq, yazıçı-publisist Bayram İsgəndərlinin həyatı, bədii yaradıcılığı, publisistikası, mənsur şeirlərinin, hekayələrinin, nağıllarının və pyeslərinin problematikası, janr müxtəlifliyi və bədii xüsusiyyətləri geniş tədqiq edilib.
Monoqrafiyanın rəyçiləri filologiya elmləri doktoru, AMEA-nın müxbir üzvü Tehran Mustafayev və filologiya üzrə fəlsəfə doktoru Mətanət Vahidovadır.
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!