Məmməd Araz haqqında yeni tədqiqat əsəri - çap olunub

Azərbaycan Milli Elmlər Akademiyası Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun Ədəbi tənqid şöbəsinin müdiri filologiya elmləri doktoru Vaqif Yusiflinin “Məmməd Araz dünyası” (həyatı və yaradıcılığı) kitabı işıq üzü görüb.

Bu barədə mətbuata institutdan bildirilib. “Sənətkarın elmi pasportu - 55” seriyasına daxil olan tədqiqat əsəri Ədəbiyyat İnstitutunun Elmi şurasının qərarı ilə nəşr edilib. Kitabın elmi redaktoru AMEA-nın prezidenti akademik İsa Həbibbəylidir. 1994-cü ildə yazılmış “Yaddaş poeziyası” sərlövhəli “Ön söz” AMEA-nın müxbir üzvü, mərhum alim Yaşar Qarayevə məxsusdur. Rəyçiləri filologiya elmləri doktoru Yaşar Qasımbəyli, filologiya üzrə fəlsəfə doktoru Aygün Bağırlıdır.

Qeyd edək ki, ilk dəfə 1994-cü ildə işıq üzü görən tədqiqat əsəri Məmməd Arazın anadan olmasının 90 illiyi münasibətilə yenidən hazırlanıb, yeni fəsillər əlavə edilib.

 


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!