Sabirabadda müəllimlər üçün seminar - təşkil olunacaq

Sentyabrın 13-ü saat 11:00-da Sabirabad rayon Mədəniyyət Mərkəzində Hədəf Şirkətlər Qrupunun qurucu direktoru, filologiya üzrə fəlsəfə doktoru, dosent Şəmil Sadiqin “İnsan mühəndisi: təhsildə müasir yanaşmalar” mövzusunda seminarı təşkil olunacaq.

Edebiyyatqazeti.az xəbər verir ki, seminar Hədəf Şirkətlər Qrupunun təşkilatçılığı ilə keçiriləcək.

Seminarda, eyni zamanda, “XAN Nəşriyyatı”, “Hədəf Nəşrləri”, Hədəf İmtahan Mərkəzi, SİNKOD Yayım və Dağıtım Şirkətinin direktorları Səbuhi Şahmursoy, Nərmin Səlimova, Aqil Cəfərov və Elçin Sadıqov da iştirak edəcəklər.

Ödənişsiz formada təşkil olunacaq seminara Sabirabad rayonu ərazisində fəaliyyət göstərən bütün ümumtəhsil müəssisələri müəllim heyətinin, məktəb direktorları və müavinlərinin iştirakı arzuolunandır.

Tematikası məhz təhsil işçiləri üçün nəzərdə tutulan seminarda iştirak edən bütün müəllimlərə Hədəf Şirkətlər Qrupu tərəfindən müxtəlif kitab hədiyyələri təqdim olunacaq.

Tədbirin keçirilməsində məqsəd dünyada həyata keçirilən təhsil layihələri, yeni tendensiyalar, müxtəlif təhsil modelləri və bunun fonunda təklif edilən milli təhsil modeli ilə bağlı müəllimləri məlumatlandırmaqdır.

 

Ünvan: Sabirabad rayon Mədəniyyət Mərkəzi, İlham İsgəndərov küçəsi 8

 


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!