Azərbaycan Republikasının Birinci vitse-prezidenti
Heydər Əliyev Fondunun sədri
Mehriban xanım Əliyevaya
Hörmətli Mehriban xanım!
Ad gününüz mübarək!
Ölkəmizdə gördüyünüz saysız-hesabsız faydalı işlərlə bərabər, Siz dünyada da Azərbaycanı layiqli təmsil edirsiniz. Dünya Azərbaycanın gözəlliyini, məlahətini, mehribanlığını və mərhəmətini Sizin simanızda daha dərindən dərk edir.
Hörmətli Prezidentimizin ən yaxın silahdaşı kimi tarixi qələbələrimizdə Sizin də böyük payınız var. Şəhid ailələri ilə görüşlərinizdə Sizin necə kövrəldiyinizi, onlara necə həssaslıqla və qayğıyla yanaşmağınızı heç vaxt unutmuram.
Şərəfli yazıçı, jurnalist ailəsinin övladı kimi, unudulmaz alim Aida xanımın qızı kimi Sizin ədəbiyyatımıza diqqətiniz və qayğınız təbiidir.
Şəxsim adından, ailəm adından, yazıçılar adından Sizi ad gününüz münasibəti ilə ürəkdən təbrik edir, hələ çox-çox illər Müzəffər Prezidentimiz ilə bərabər xalqımızın rifahı, əmin-amanlığı, mədəniyyətimizin inkişafı yolunda parlaq fəaliyyətinizdə yeni-yeni uğurlar diləyirəm.
A N A R
Azərbaycan Yazıçılar Birliyinin sədri
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!