Mətləb Ağanın “Gələcək haqqında xatirələr” adlı növbəti, sayca dördüncü kitabı işıq üzü görüb.
“Elm və təhsil” nəşriyyatında nəşr olunan kitaba akademik Nizami Cəfərov ön söz yazıb.
Kitabın redaktoru şair-publisist Dəyanət Osmanlıdır.
500 tirajla çıxan yeni kitabda Mətləb Ağanın son illərdə yazdığı “Qırmızı yağışlar nə zaman yağır?”, “Sevgi haqqında demoqogiya və ya Prometey əfsanəsinin gerçək üzü”, “Harinin ikinci intiharı və ya Stanislav Lemin “Solyaris” müəmması haqqında”, “Varavva və çar İrodu nə birləşdirirdi?”, “Mixael Endenin qəribə səyahəti.“Momo” haqqında bəzi qeydlər”, “O gələcək gələcəkmi? Və ya “Homo deus. Sabahın qısa tarixi barədə bəzi qeydlər” kimi və digər maraqlı esseləri toplanıb.
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!