Albanyanın paytaxtı Tiranada çap olunan nüfuzlu “Nacional” (“Milli”) qəzetinin bugünkü nömrəsində şair Məmməd İsmayılın yaradıcılığına geniş yer verilib.
Edebiyyatqazeti.az xəbər verir ki, ”Bir də səni sevsəm, sənə sevilsəm” başlığı ilə çap olunan yazı M.İsmayılın həyat hekayəsinə, çoxşaxəli ədəbi yaradıcılığına həsr olunub. Səhifədə şairin “Yoxun varlığı”, “Mən”, “Sevgi”, “Səni”,” Bir də səni sevsəm, sənə sevilsəm” şeirləri yer alıb. Şeirləri Alban dilinə Shyngyl Kelmendi-Qashıya tərcümə edib.
Qeyd edək ki, bir neçə gün öncə şairin Albaniyada şeirlər kitabı yerli dilə tərcümə edilərək çap olunmuşdu.
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!