Məmməd İsmayılın kitabı Albaniyada nəşr edilib

XƏYAL GÜCÜNÜN KƏNARINDA AĞRI ANI

   Məmməd  İsmayıl əsl şairdir və poetik  həyat yaşadığından  şeirləri də bir bu qədər canlı alınır. (Jeton Kelmendi)

   Müəllifin edebiyyatqazeti.az saytına bildirdiyinə görə, Yeni ilin ilk günlərində həmyerlimiz şair Məmməd İsmayılın ünvanına daha bir şad xəbər gəlib: Albaniyada şeirlər kitabı çap olunub. Kitabın projesi albandilli ədəbiyyatın önəmli şairlərindən biri olan professor  Jeton  Kelmendiyə məxsusdur. Alban dilinə tərcüməçisi Şengül Kelmendi-Goshi, redaktoru isə professor Sngjell  I Bersihadır.

   Kitabın redaktorunun  ön sözündə  deyilir: “Azərbaycan şairi Məmməd İsmayıl alban ədəbiyyatına Bogdani nəşriyyatının çap etdiyi "Unutma" (Qeyb edən qoruyucu) kitabında yer alan şeirləri ilə  gəlir. Şairin Alban dilində çap olunan kitabına türk və alban qarşılıqlı əməkdaşlığına  örnək olacaq türkcədən və Azərbaycan türkcəsindən tərcümə olunub redaksiya heyəti tərəfindən diqqətlə seçilib redaktə edilən  şeirləri və bu şairin, yaradıcının, pedaqoqun geniş və  zəngin həyat hekayəsinindən fraqmentlər daxildir.

Məmməd  İsmayılın poeziyasının  alban dili vasitəsi ilə yaradıcı  dünya ilə mükəmməl  əlaqələr quracağına inanırıq. Çünki dünyəvi mədəni kimliyə sahib şair ədəbiyyata  yazı həcmi və keyfiyyəti ilə yanaşı, yalnız nəzəri yanaşma arzusu kimi deyil, eyni zamanda, qlobal yaradıcılığı ilə  fərdi yazı tipolojisini  gətirir… Və onun əsərlərində  yaddaşın qorunması ilə  reallığın, gerçəkliyin ortaya çıxdığı görülür. Deyə bilərik ki, Vətən ruhu  şairin bütün şeirlərinin əsas  qaynağıdır, onu canlandırır, hərəkətə gətirir, fərdin kollektivlə, kollektivin fərdlə bütünləşmə, millət olma duyğusu onun istedad  missiyasıdır, şair hətta şeirlərində güclü metaforalar işlədəndə də, sevgidən yazanda da  bu missiyanı unutmur.

   ...Əsrimizin ən ağrılı  fenomeni olan münaqişələr, gərginlik sistemləri, miqrasiya-köç olayları bəzən onu  yaradıcılıq zəncirindən ayırır, bu da çox zaman onun eqo dozasının artımına səbəb olur. Qısacası, şairin bu şeirsəl ovqatı ən çox  şeirlərində üzə çıxır. Orada çəkilməz ağrı var və o, bu alovlu  tona nəzarət edə bilmir, tuhaf adamlar, vətəninin yerləbir edilən kənd və şəhərləri, geri dönməyəcək  itirilmişliyin yeri dolmayan ağrıları...Və küçələrdə hissin tərk edildiyinin, qeyb olduğunun fərqinə varıldığı   yerdə şair  Eşqin ortaya çıxardığı unutqanlıq qoruyucusu olaraq səsini ucaldır. Sanki o unudulanların, tərk edilənlərin son müdafiəçisidir. O şeyləri ki, şeirlərində haqdan gələn bir sevgi ilə təsvir edir, onlardan görə bilirik ki, şair sevir və şeirlərində ona sevinclər gətirən sevgini qoruyur. Eşq çağırısının ürəklərdə özəl bir yeri vardır. Baxmayaraq ki, onun yaradıcılığı bir uzlaşma yeri deyil, sənətkar  onu çevrələyən gözəlliyin fərqindədir.

Şeirlərinin hər zaman bir bağlantısı, bir mesajı, açıqlaması var, onlar toplumsal kodlardan qaçınmadan bir etiraz gücünə sahipdirlər və şair inanır ki, olayların qaranlıq üzünü  şeirin ve sevginin gücü ilə aydınlatmaq olar. Bununla birlikdə  vətəndən kənarda yaşayanların ambisiyaları  olsa da, bu ambisiyalar, məcazi olaraq  şairin gizli sənət üzünü göstərir və o, gizli sənətin  bu  gizliliyinə inanmaqdadır.”
 

 


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!