Yazıçı Natəvan Dəmirçioğlunun “Açar” romanı - çap olunub

Yazıçı Natəvan Dəmirçioğlunun son 10 ildə üzərində işlədiyi “Açar” romanı “Təhsil” nəşriyyatında çap olunub.

Birinci və İkinci Qarabağ müharibəsi qəhrəmanlarının obrazını yaradan, 44 günlük Vətən müharibəsi və Zəfər lövhələrini realist üslubda təqdim edən proza nümunəsi bədii keyfiyyəti ilə də diqqət çəkir.

Yüksək dizayna və poliqrafik keyfiyyətə malik roman təkcə müharibə ədəbiyyatı nümunəsi deyil, eyni zamanda müasir, psixoloji, oxunaqlı nəsr nümunəsidir. Obrazlar sistemi real həyatdan götürülən, şəhid və qazilərimizin prototipini yaradan əsərdə hadisələrin fövqündə dayanan Ali Baş Komandan obrazı da diqqət çəkir.


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!