Tanınmış türkoloq, ədəbiyyatşünas, şair, tərcüməçi, jurnalist Ramiz Əskər vəfat edib.
Bu barədə mətbuata onun qohumu yazıçı Səfər Alışarlı bildirib.
Qeyd edək ki, Ramiz Əskər 2 həftə əvvəl açıq ürək əməliyyatı olunub.
O, 10 yanvar 1954-cü ildə Amasiya rayonunun Qaraçanta kəndində müəllim ailəsində anadan olub. Bir sıra qəzet və jurnallarda məsul vəzifələrdə çalışıb. 2003-ci ildən Bakı Dövlət Universitetinin müəllimi, bədii tərcümə elmi-tədqiqat laboratoriyasının baş elmi işçisi, müdiri olmuşdur. 2012-ci ildən isə BDU-nun türk xalqları ədəbiyyatı kafedrasının müdiridir. Filologiya elmləri doktoru, Bakı Dövlət Universitetinin professorudur.
Əməkdar jurnalisti Ramiz Əskərə 13 yanvar 2014-cü ildə Prezident İlham Əliyev tərəfindən Şöhrət ordeni verilib. 15 yanvar 2024-cü ildə isə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən Azərbaycan Respublikasında ədəbiyyatşünaslıq və publisistika sahəsində səmərəli fəaliyyətinə görə 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib.
apa.az
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!