Etibar Əbilovun "Çingiz Aytmatov dünyası" kitabı - işıq üzü görüb

Tanınmış yazıçı-publisist Etibar Əbilovun görkəmli qırğız yazıçısı Çingiz Aytmatovun həyat və yaradıcılığından bəhs edən "Çingiz Aytmatov dünyası" kitabı işıq üzü görüb.

"Elm və təhsil" nəşriyyatında çap olunan kitabın elmi redaktoru filologiya elmləri doktoru, AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun şöbə müdiri Elnarə Akimova, ön sözün müəllifi Çingiz Aytmatovun oğlu Eldar Aytmatovdur.

Kitabda Etibar Əbilovun yazıçı ilə bağlı təəssüratları incələnir, yaradıcılığının poetik xüsusiyyətləri, türk yaddaşının qorunmasında oynadığı müstəsna rol elmi-bədii düşüncənin predmetinə çevrilir.

 


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!