AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun baş elmi işçisi filologiya elmləri doktoru, professor Asif Rüstəmlinin “Cümhuriyyət məfkurəsi” kitabı çap olunub.
İnstitutdan bildirilib ki, kitabın elmi redaktoru və “Mənbəşünas hünəri” adlı “Ön söz”ünün müəllifi AMEA-nın prezidenti akademik İsa Həbibbəylidir. Tərtib edəni Türkiyənin Fırat Universitetinin əməkdaşı Növrəstə Rüstəmlidir.
Kitab müəllifin son 10 ildə beynəlxalq elmi sistemlərə daxil olan nüfuzlu jurnallarda, dövri mətbuat orqanlarında, məcmuələrdə dərc edilmiş elmi və elmi-publisistik məqalələr toplusundan ibarətdir. “Elm və təhsil” nəşriyyatında çap olunan kitabdakı arxiv materialları və məxfi sənədlər əsasında yazılmış əsərlərin əksəriyyəti faktoloji yeniliyi, təhlil və dəyərləndirmə fərqliliyi ilə seçilir.
Toplu “Siyasətin siqləti və qüdrəti”, “Cümhuriyyət məfkurəsi”, “Elm məbədgahları”, “C.Cabbarlı irsindən araşdırmalar”, “Milli mətbuat tariximizdən”, “Milli ədəbiyyatımızın klassikləri”, “Ədəbi portretlər” başlıqlı yeddi bölümdən ibarətdir.
azertag.az
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!