Novruz bayramından bəhs edən ilk uşaq romanı - çap olundu

 “Balabilgə Nəşrləri”ndə yazıçı, şair Sevinc Elsevərin uşaqlar üçün yazdığı “Novruz nağılı” adlı yeni romanı işıq üzü görüb.

Edebiyyatqazeti.az xəbər verir ki, “Novruz nağılı” romanı Azərbaycanda Novruz adətlərini özündə əks etdirən, realizm və fentezi elementləri ilə zəngin ilk kitabdır.

6 yaşdan yuxarı uşaqlar üçün nəzərdə tutulmuş əsərin bir-biriylə  əlaqəli real və fantastik səpkili iki paralel süjet xətti var.

“Novruz nağılı” milli bayramımızla bağlı adət-ənənələri uşaqlar arasında təbliğ etmək, tanıtmağı, sevdirməyi qarşısına məqsəd qoyur, eyni zamanda, onları əyləndirir və düşündürür. 

Balaca oxuculara  əsl Novruz hədiyyəsi olan roman artıq satışdadır.

Qeyd edək ki, kitabın redaktoru Cavid Qədir, rəssamı Aynur Abdullayevadır.

Qiyməti 10 manat olan kitabı paytaxtın bütün böyük kitab mağazalarından əldə etmək mümkündür.

 


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!