Azərbaycan yazıçısı Varis (Varis Yolçuyev) növbəti uğura imza atıb.
O, Elm, Təhsil və Mədəniyyət üzrə Birləşmiş Millətlər Təşkilatının (UNESCO), Moskvada və Varşavada keçirilən Slavyan Ədəbiyyat Festivalının, Beynəlmiləl Yazıçılar İttifaqının “Adam Mitskeviç” medalına layiq görülüb.
Üz tərəfinə böyük Polşa şairinin şəkli həkk olunmuş, arxa tərəfinə isə onun “Qoy mənim işığımda adi insanların gözü yalnız Tanrının ölməz alovunun əksini görsünlər” sözləri yazılmış medalın hər bir ədədi nömrələnir, Varis indiyədək dünya üzrə bu medala layiq görülən 101-ci ədibdir.
Xatırladaq ki, beynəlxalq ekspertlərin, Slavyan Ədəbiyyat Festivalı təşkilatçılarının diqqətini yazıçımızın yaradıcılığında cəlb edən əsərlər “ Yanvarın 13 günü”, “Metamorfoz” romanları, eləcə də “Üç üstəgəl bir” hekayələr toplusu olub.
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!