Zaur Ustacın yeni kitabı işıq üzü görüb

“Yazarlar” jurnalının baş redaktoru Zaur Ustacın müxtəlif illərdə yazdığı şeirlərdən ibarət “Sevgi dolu şeirlər” adlı kitab işıq üzü görüb.

Filologiya elmləri doktoru, professor Vaqif Yusiflinin “Ön söz”ü ilə başlayan kitabın redaktoru Günnur Ağayeva, rəssamı isə Natiq Nəcəfzadədir. Professor Vaqif Yusifli Zaur Ustacın sevgi şeirləri haqqında belə yazır: “...Zaur Ustac sevgi şeirlərində yaşanılan, duyulan hissləri qələmə alır...”

Kitabın satışından əldə olunacaq gəlir “Yazarlar” jurnalı tərəfindən gənc yazarlara dəstək məqsədilə vaxtaşırı keçirilən sosial layihələrə sərf olunacaq.

 

azertag.az


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!