Azərbaycan Yazıçılar Birliyinin sədri Xalq yazıçısı Anarın 85 illik yubileyinə həsr edilmiş hekayə müsabiqəsinin qalibləri müəyyənləşib.
Müsabiqədə gənc yazarlar – Cavid Babayev birinci, Orxan Cuvarlı ikinci, Xan Abdulla isə üçüncü yerin sahibi olub.
Müsabiqə Azərbaycan Ədəbiyyat Fondu ilə “Ulduz" jurnalı, “Ədəbiyyat və İncəsənət" portalının media dəstəyi ilə keçirilib.
Xatırladaq ki, müsabiqə yaşı otuz beşədək olan gənc yazarlar arasında keçirilirdi.
Mükafatlandırma mərasimi gələn həftə AYB-də baş tutacaq.
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!