Azərbaycan ədəbiyyatında özünəməxsus üslubu olan yenilikçi şair, Prezident təqaüdçüsü Dəyanət Osmanlının “В тени слов” (“Sözlərin kölgəsində”) şeirlər kitabı rus dilində “Elm və təhsil” nəşriyyatında çapdan çıxıb.
Kitabda şairin müxtəlif illərdə yazdığı şeirlərdən seçmələr yer alıb. Şeirləri rus dilinə Moskvada yaşayan yazar-tərcüməçi Sultan Mərzili çevirib. Nəşrin redaktorları - filologiya üzrə fəlsəfə doktorları İlahə Abdullayeva və Pərvin Quliyevadır.
Eyni zamanda həmin nəşriyyatda Dəyanət Osmanlının “Anlar… Və… Anılar…” adlı daha bir kitabı da çap olunub. Bu nəşrdə müəllifin həyat, insan, vətənçilik, milli-mənəvi dəyərlər, tarix, ədəbiyyat, dil barədə düşüncələri toplanıb. Kitabın məsləhətçisi akademik Nizami Cəfərov, redaktoru İ.Abdullayevadır.
Qeyd edək ki, Dəyanət Osmanlı 1996-cı ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü, 1997-ci ildən isə Yazıçılar Birliyinin İdarə Heyətinin üzvüdür.
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!