13 dekabrda Gürcüstanın paytaxtında «Mən öləndə, ağlama» əsərinin premyerası baş tutacaq
H.Əliyev adına Tbilisi Dövlət Peşəkar Azərbaycan Dram Teatrında yazıçı-dramaturq Pərvinin «Mən öləndə, ağlama» pyesinin məşqləri davam edir.
Teatrın bədii rəhbəri Turqay Vəli-zadə 13 dekabrda yeni tamaşanın premyerasının nəzərdə tutulduğunu bildirib: «Artıq bir neçə aydır ki, Pərvin xanımın sevilən əsərinin məşqlərini edirik. Əsəri oxuduğum gündən ona quruluş vermək haqqında düşünürdüm. Nəhayət yazın zamanda tamaşaçılarımıza bu səhnə əsəri təqdim olunacaq. Bilirsiniz ki, artıq teatrımız üçün yeni binanın təməli qoyulub və inanırıq ki, çox yaxın zamanda öz səhnəmizdən tamaşaçılarımızı salamlayacağıq. Amma indilikdə bütün çətinliklərə baxmayaraq var qüvvəmizlə, şövqlə çalışırıq. Onu da deyim ki, əsər artıq rus dilinə çevrilib, yaxın zamanda gürcü dilinə də çevriləcək. Bizim niyyətimiz bu təsirli səhnə əsərini rus və gürcüdilli tamaşaçılarımıza da təqdim etməkdir...»
Tamaşanın rejissoru Turqay Vəli-zadə, rəssamı Nino Kitiadır. Tamaşada aktyorlar - Nərmin Həsənova, Telman İsfahanlı, Mədinə Həsənova Fuad İsfahanlı iştirak edirlər. Premyera Şota Rustaveli adına Gürcüstan Akademik Teatrında baş tutacaq.
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!