AMEA-nın dəvəti ilə konfransda iştirak üçün Bakıya gəlmiş türkoloq alim, İstanbul Mərmərə Universtitetinin müəllimi Arif Acaloğlu bu gün yol qəzasında həlak olub. Hadisə Bakı Olimpiya Stadionunun yaxınlığında qeydə alınıb.
1956-cı ildə Borçalıda anadan olmuş Arif Acaloğlu BDU filologiya fakültəsini bitirib. 1982-ci ildə AMEA Ədəbiyyat İnstitutunun Mifologiya şöbəsində elmi işçi olub. 1983-1986-cı illərdə Estoniyanın Tartu Universitetində semiologiya üzrə doktorantura təhsili alıb. 1987-1990-cı illərdə folklor kafedrasında ekspert, 1990-cı ildə Bakı Dövlət Universitetində müəllim olub.
Arif Acaloğlu 1992-1993-cü illərdə Azərbaycan Prezidentinin müşaviri vəzifəsində çalışıb. 1993-cü ilin ortalarında Türkiyəyə köçüb. Uzun müddət Bilgi Universiteti, Yeditepe Universitetində müəllim işləyib. Akademik və siyasi araşdırmalar, bir çox televiziya proqramları, müsahibələr və populyar məqalələr müəllifidir. 30-dan çox kitabı tərcümə edib.
Allah rəhmət eləsin!
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!