Günel Natiqin yeni romanı - çap olunub

 

Yazıçı Günel Natiqin “Kişilərə dur deyin!” adlı yeni romanı çap olunub.

Edebiyyatqazeti.az xəbər verir ki, romanda fərqli xarakter və həyat tərzinə malik qadınların həyatından bəhs olunur.

“Elm və təhsil” nəşriyyatında çap olunan romanda hadisələr Qaradivar şəhərində gender bərabərliyi uğrunda savaşan feminist qadınların mübarizəsi fonunda baş verir.

Şəhəri feminizm dalğası bürüyəndə mesenatlığı ilə tanınan sahibkarın cəsədi aşkar edilir. Qətlin sirləri açıldıqca hadisələr daha fərqli, fantastik görünüş alır.

Roman kişi-qadın münasibətləri, insanların daxili ziddiyyətləri, qadın psixologiyasına dair maraqlı mətləblərlə zəngindir.

 


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!