2023-cü il Ədəbiyyat üzrə Nobel mükafatı laureatının adı açıqlanıb.
Mükafat Norveç yazıçısı Yun Fosseyə verilib.
O bu mükafata “səsləndirilməsi mümkün olmayan fikirləri ifadə edən innovativ pyeslərinə və nəsr əsərlərinə görə” layiq görülüb.
Qeyd edək ki, Yun Fosse 1959-cu ilin 29 sentyabrında Norveçdə anadan olub. Şeir, hekayə, roman, esse və pyeslər yazan müəllifin əsərləri 40-dan çox dilə tərcümə edilib.
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!