İradə Musayevanın "Ceyms Coysun "Ullis" romanı və ədəbiyyatda devrim" kitabı nəşr olunub

"Elm və təhsil" nəşriyyatında çapdan çıxan kitab Azərbaycan ədəbiyyatşünaslığında Ceyms Coysun "Ullis" romanı ilə bağlı ilk fundamental araşdırmadır.

İradə Musayevanın bu kitabında Ceyms Coys yaradıcılığının, "şüur axını" üslubunun nəzəri-estetik prinsipləri təhlil edilir. Müəllif öz aydın, oxunaqlı dillə yazılmış tədqiqatında "Uliss"i "oxunması mümkün olmayan kitablar" siyahısından çıxarmağa cəhd edir. 

Kitabın elmi redaktoru filologiya elmləri doktoru, professor Məmməd Qocayev, elmi məsləhətçisi filologiya üzrə fəlsəfə doktoru  Kamran Nəzirlidir. Rəyçilər: filologiya elmləri doktoru, professor Cəlil Nağıyev  və filologiya üzrə fəlsəfə doktoru, Vilayət Hacıyevdir.

"Ceyms Coysun Ullis romanı və ədəbiyyatda devrim" kitabı geniş oxucu auditoriyası və ali məktəblərin filologiya fakültələrinin tələbələri üçün nəzərdə tutulub.

Xatırladaq ki, kitabın təqdimatı dekabrın 18-i saat 13-də "Azərkitab" Kitab Təbliğatı Mərkəzində olacaq.


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!