Dekabrın 15-də "Azərkitab" Kitab Təbliğatı Mərkəzində "İpəkdə yaşayan izlər - 55" adlı sərgi çərçivəsində dünyada ilk ipək kitab "Qurani-Kərim"in təqdimatı olub.
3 ilə hazırlanan "Qurani-Kərim" kitabında surələr qara şəffaf ipək üzərində qızılı və gümüşü boyalarla yazılıb.
Sərginin açılış mərasimində çıxış edən ilk ipək kitabın müəllifi gənc rəssam Tünzalə Məmmədzadə bildirib ki, kitabın ölçüsü 29 x 33 sm-dir. İpək kitabın hazırlanmasında 50 metr parçadan, üz qabığında isə dəridən istifadə olunub. Kitab 614 səhifədən ibarətdir.
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!