Ədəbiyyat İnstitutunun alimlərinin məqalələri İraqda - çap olunub

 

Azərbaycan Milli Elmlər Akademiyası Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun alimlərinin məqalələri İraqda nəşr olunub.

İnstitutdan Edebiyyatqazeti.az-a bildirilib ki, İraqda yayımlanan “Türkmən mədəniyyəti” rüblük populyar elmi jurnalının növbəti sayı dahi Azərbaycan şairi Məhəmməd Füzuliyə həsr edilib.Bu sayda Ədəbiyyat İnstitutunun alimlərinin Məhəmməd Füzuliyə həsr edilmiş elmi məqalələri ərəb dilində təqdim olunub.

Jurnalın budəfəki nömrəsində filologiya elmləri doktoru, professor İmamverdi Həmidovun “Füzulinin türkcə şeirlərində ərəb sözləri”, filologiya elmləri doktoru, dosent Ataəmi Mirzəyevin “Füzuli əl-Bağdadinin qəsidələrində Bağdad”, filologiya elmləri doktoru, dosent Mahirə Quliyevanın “Füzuli yaradıcılığında “təfriq”in yeri” adlı məqalələri yer alıb.


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!