Xuraman Hümmətovanın “Təsəvvüf Azərbaycan ədəbiyyatı kontekstində” kitabı - işıq üzü görüb

 

AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun Türk xalqları ədəbiyyatı şöbəsinin baş elmi işçisi, filologiya elmləri doktoru Xuraman Hümmətovanın “Təsəvvüf Azərbaycan ədəbiyyatı kontekstində” kitabı işıq üzü görüb.

Ədəbiyyat İnstitutunun Elmi Şurasının qərarı ilə çap edilən kitabın elmi redaktoru, filologiya elmləri doktoru, professor İmamverdi Həmidovdur. Rəyçiləri filologiya elmləri doktoru, professor Məmməd Əliyev və filologiya üzrə fəlsəfə doktoru Zəhra Allahverdiyevadır.

İki fəsildən ibarət monoqrafiyanın birinci fəsli “Xalq yaradıcılığı işığında təsəvvüf düşüncəsi”, ikinci fəsli “Azərbaycan şeiri və təsəvvüfi-poetik ənənələr” adlanır.

198 səhifəlik kitab “Optimist” nəşriyyatında çap olunub.

 


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!