II Bilik Kitab Sərgisi keçiriləcək

 

Nizami Rayon İcra Hakimiyyəti və Azərbaycan Nəşriyyatları Assosiasiyasının birgə təşkilatçılığı ilə 8-10 sentyabr tarixlərində Nizami rayonu Bəhruz Nuriyev küçəsi Heydər bağı – Park Bulvarda II Bilik Kitab Sərgisi keçiriləcək.

Edebiyytaqazeti.az xəbər verir ki, 20-dən çox nəşriyyat və mağazanın i.tirak etdiyi  sərgidə məktəbli ləvazimatları, kitablar, dəftərlər, qeyd dəftərçələri, test topluları, çantalar, həmçinin bədii əsərlərin endirimli satışı olacaq.

Bununla yanaşı sərgi çərçivəsində tanınmış yazıçıların imza mərasimləri, şou-proqramlar, şeir və canlı musiqi saatları baş tutacaq.

Sərginin ilk günü “Kitabqurdu” I Yay Oxu Marafonu çərçivəsində ikinci “Buknik” baş tutacaq. Marafonda iştirak edən kitabların müəllifləri – Amin Sükut, Aynur Cavid, Cəmilə Məmmədli, Əziz Sultan, Əziz Yaqubzadə, Reyhan Yusifqızı, Rövşən Abdullaoğlu müvafiq olaraq “Tuflinlər”, “Səyyah Bilgə”, “Əjdahaların sirri – Adəmin macəraları”, “Məktubunuz var”, “Yaşıl gözlü qız”, “Mən yeməli deyiləm” kitablarını imzalayacaq, oxucularla söhbət aparacaqlar.

Tədbirdə uşaqlar üçün endirimli master-klaslar, face-art kimi müxtəlif fürsətlər də təklif olunacaq.

Üç gün davam edəcək sərgi saat 10:00-dan 20:00-dək davam edəcək.

Giriş sərbəstdir.

 


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!