Azərbaycan Dili və Ədəbiyyatı Forumu - işini davam etdirir

 

Heydər Əliyev Fondunun və Mədəniyyət Nazirliyinin təşkilatçılığı, Elm və Təhsil Nazirliyinin, Azərbaycan Milli Elmlər Akademiyasının dəstəyi ilə keçirilən Azərbaycan Dili və Ədəbiyyatı Forumu sentyabrın 3-də işini Bakıda “Gülüstan” sarayında davam etdirir.

Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunan Forumun üçüncü günündə “Dəyərlər və etik davranış kodeksləri: kitabın fərdi və sosial həyatda əhəmiyyəti və funksiyaları” mövzusunda panel iclas keçirilib.

Yazıçı Əkbər Qoşalının moderatorluğu ilə keçən iclasda Xalq yazıçısı Çingiz Abdullayev, Xalq şairi Ramiz Rövşən, Azərbaycan Milli Kitabxanasının direktoru Kərim Tahirov, Azərbaycan Nəşriyyatları Assosiasiyasının İdarə Heyətinin sədri Şəmil Sadiq, Bakı Kitab Mərkəzinin direktoru Günel Anarqızı, “Təhsil” nəşriyyatının direktoru Tural Axundov, "Qanun" nəşriyyatının direktoru Şahbaz Xuduoğlu, “AudioKitab”ın direktoru Əhliman Ərşadlı iştirak ediblər.

Paneldə “Azərbaycanda kitab sənayesi: mövcud vəziyyət və hədəflər”, “Ölkəmizin kitab bazarına daxil olan xarici ədəbiyyatın milli dəyərlər və düşüncə sisteminə təsiri”, “Kitab satışı sistemi: innovativ həllər və kredit mexanizmləri”, “Kitab sənayesinin inkişafına dövlət dəstəyinin mexanizmləri”, “Vətəndaşların ədəbi, elmi və informasiya tələbatının ödənilməsində Azərbaycan Milli Kitabxanasının üzərinə düşən vəzifələr” mövzularında çıxışlar olub, məruzələr dinlənilib.

Qeyd edək ki, Ulu Öndər Heydər Əliyevin 100 illiyinə həsr olunmuş Forum çərçivəsində mütəxəssislərin səsləndirdiyi fikir və təkliflər ümumiləşdirilərək, “Azərbaycan mədəniyyəti–2040” Dövlət Proqramında əksini tapacaq.

 

azertag.az


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!