“Müasir Azərbaycan ədəbiyyatı” kitabı Bolqarıstanda nəşr olunub

Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Tərcümə Mərkəzi ilə Bolqarıstan Yazıçılar Birliyinin birgə ərsəyə gətirdiyi “Müasir Azərbaycan ədəbiyyatı” kitabı Bolqarıstanda işıq üzü görüb.

XX əsr Azərbaycan ədəbiyyatının Yusif Səmədoğlu, Fərman Kərimzadə, Anar, Elçin, Əli Kərim, Məmməd Araz, Musa Yaqub, Vaqif Səmədoğlu, Ələkbər Salahzadə, Sabir Rüstəmxanlı kimi aparıcı ədəbi simalarının şeir və hekayələri toplanmış kitabı bolqar dilinə tanınmış bolqar şair və yazıçıları – Boyan Angelov, Nadya Popova, İvan Yesenski, Dmitri Xristov və İva Nikolova çevriblər.


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!