İstanbulda Çingiz Aytmatovun heykəli ucaldılıb

 

İstanbulda dünya şöhrətli ədib, böyük qırğız yazıçısı Çingiz Aytmatovun heykəlinin açılışı olub.

Heykəl şəhərin Maltəpə bölgəsindəki Orxan qazı Parkında ucaldılıb.

Bu münasibətlə keçirilən mərasimdə böyük yazıçının zəngin mənalı həyat və yaradıcılığından, onun dünya ədəbiyyatının inkişafı, türk dünyası qarşısındakı misilsiz xidmətlərindən bəhs olunub.

azertag.az


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!