Nigar Həsənzadə dünya poeziya festivalında ölkəmizi təmsil edib - FOTOLAR

 

Kolumbiyanın Medelin şəhərində Dünya Poeziya Hərəkatının ilk beynəlxalq konqresi, eləcə də dünyanın ən məşhur poeziya festivalı – Medelin Festivalı keçirilib.

60 ölkədən 104 tanınmış şairin iştirak etdiyi mötəbər tədbirdə ölkəmizi “Söz” və “İgidlərin sözü” layihələrinin müəllifi şairə Nigar Həsənzadə təmsil edib.

Əlamətdar haldır ki, 2006-cı ildə “Alternativ Nobel mükafatı”na layiq görülmüş, dünyanın müxtəlif bölgələrindən yüz minlərlə insana xitab edən beynəlxalq Medelin Festivalının səhnəsində ilk dəfə Azərbaycan dilində şeirlər səsləndirilib. N.Həsənzadə çıxışlarında bu il Azərbaycan xalqının Ümummilli Liderinin 100 illiyini böyük iftixarla qeyd etdiyinə diqqət çəkərək, Ulu Öndərin tarixi xidmətlərindən, eləcə də Azərbaycanda digər sahələr kimi ədəbiyyatın və ana diliminizin inkişafı istiqamətində qayğısından söz açıb. Şairənin festivalda səsləndirdiyi şeirlər geniş auditoriya tərəfindən böyük maraqla qarşılanıb.

Qeyd edək ki, N.Həsənzadə Dünya Poeziya Hərəkatının qərarı ilə bu təsisatın Azərbaycan üzrə nümayəndəsi təyin olunub.

 

azertag.az


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!