İyun ayının 22-də Çeçenistan Dövlət Pedaqoji Universitetinin ədəbiyyat kafedrasında Azərbaycan Yazıçılar Birlyininin katibi, şair Səlim Babullaoğlu ilə görüş keçirilib.
Görüşdə Azərbaycan-Çeçenistan ədəbi əlaqələrinin gələcək mübadilə perspektivləri, ədəbiyyatların qarşılıqlı tərcüməsi və nəşri imkanları Universitetin və kafedranın əməkdaşları ilə müzakirə edilib. Daha sonra Səlim Babullaoğlunun poetik yaradıcılığı haqqında müzakirə aparılıb, şair Azərbaycan və rus dillərində şeirlərini oxuyub, suallara cavab verib.
Bildiririk ki, bir neçə ay əvvəl Çeçenistan Dövlət Pedaqoji Universtiteti ilə Azərbaycan Yazıçılar Birliyi arasında əməkdaşlıq Memorandumu imzalanmışdı. Memorandumu Çeçenistan tərəfdən universitetin xarici əlaqələr üzrə prorektoru Tamara Avtayeva, birliyin beynəlxalq əlaqələr üzrə katibi Səlim Babullaoğlu imzalayıblar.
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!