Beynəlxalq Buker Mükafatının qalibi məlum olub

 

 

Bu il Beynəlxalq Buker Mükafatının qalibi bolqar nasir və şairi Georgi Qospodinov oldu. O, mükafata “Zaman sığınacağı” romanına görə layiq görülüb.

Bu barədə Londonda keçirilən mərasimdə münsiflər heyətinin sədri, Mərakeş əsilli fransız yazıçı Leyla Slimani bildirib.

Mükafatı alan 55 yaşlı yazıçı romanını “yaddaş və zaman” haqqında hekayə adlandırıb.

Qeyd edək ki, qalib 50 min funt sterlinq (62 min dollar) mükafat alacaq. Mövcud qaydalara görə, o, pul mükafatını kitabın ingilis dilinə tərcüməçisi amerikalı Angela Rodel  ilə bölüşməli olacaq. 


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!