Xalq yazıçısı Elçin “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” ilə təltif edilib - Sərəncam

 

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

 

Azərbaycan mədəniyyətinin inkişafında uzunmüddətli səmərəli fəaliyyətinə görə Elçin İlyas oğlu Əfəndiyev “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” ilə təltif edilsin.

 

İlham Əliyev

 

Azərbaycan Respublikasının Prezidenti

 

Bakı şəhəri, 12 may 2023-cü il

 

president.az


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!