“Azərbaycan ədəbiyyatında vətən və dövlətçilik məfkurəsinin intibahı Heydər Əliyevdən - İlham Əliyevə” kitabı çap olunub

 

AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu tərəfindən “Azərbaycan ədəbiyyatında vətən və dövlətçilik məfkurəsinin intibahı Heydər Əliyevdən - İlham Əliyevə” monoqrafiyası “Elm” nəşriyyatında çapdan çıxıb. Azərbaycan xalqının Ümummilli Lideri, görkəmli dövlət xadimi Heydər Əliyevin 100 illiyinə ithaf olunan nəşr institutun Elmi şurasının qərarı ilə işıq üzü görüb.

İnstitutdan bildirilib ki, kitabda Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin bədii ədəbiyyatda parlaq obrazının yaradılması, müstəqil dövlətçilik ideallarının tərənnümü məsələlərindən bəhs olunur. Monoqrafiyanın ideya müəllifi və elmi məsləhətçisi AMEA-nın prezidenti akademik İsa Həbibbəylidir. Kitabda ilk yazı akademik İsa Həbibbəylinin “Böyük ədəbiyyat siyasəti və möhtəşəm bədii obraz” tədqiqatıdır. Nəşrin elmi redaktoru AMEA-nın müxbir üzvü Tehran Əlişanoğlu, məsul redaktoru filologiya elmləri doktoru Elnarə Akimovadır.

Kitabda Tehran Əlişanoğlunun “Heydər Əliyevin tarixi obrazı və ədəbiyyat”, filologiya üzrə fəlsəfə doktoru, dosent Lalə Həsənovanın “Beynəlmiləl məfkurədən milli ideyaya doğru: müasir nəsrdə Heydər Əliyev obrazı (bədii-sənədli nəsr və publisistika)”, filologiya üzrə fəlsəfə doktoru, dosent Aygün Bağırlının “Uşaq ədəbiyyatında və dramaturgiyada Heydər Əliyevin bədii obrazı”, filologiya elmləri doktoru, dosent Əlizadə Əsgərlinin “Heydər Əliyev: dünya sivilizasiyasında elit şəxsiyyət”, filologiya elmləri doktoru Elnarə Akimovanın “Vətən və dövlət məfkurəsinin intibahı: Heydər Əliyevdən - İlham Əliyevə” məqalələri yer alıb.

 

azertag.az


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!