Ramiz Rövşən və Səlim Babullaoğlu “Personalite” Qızıl Medalı ilə təltif ediliblər

 

Moldovada fəaliyyət göstərən “Personalite ” Beynəlxalq İctimai Birliyinin (Asociaţia Internaţională Obştească “Personalitate”) eyniadlı nəşri bu ilin aprel ayının 14-də “Personalite” / “Şəxsiyyət” Qızıl Medalının təqdimetmə mərasimini keçirib.

Azərbaycandan medal Xalq şairi Ramiz Rövşənə və şair Səlim Babullaoğluna verilib.

Edebiyyatqazeti.az xəbər verir ki, bu haqda “Müstəqil.az” saytına Kişineuda yaşayan, uzun illər Moldova Azərbaycanlıları Konqresinə rəhbərlik etmiş həmyerlimiz, tanınmış ictimai xadim və iş adamı, hüquq elmləri doktoru Vüqar Novruzovun offisindən məlumat veriblər.

Daha əvvəl “Personalite” jurnalının son sayı və həmin sayda dahi Nizami Gəncəvi, Rəsul Rza, Vaqif Səmədoğlu, Ramiz Rövşən və Səlim Babullaoğlunun şeirləri iki dildə-Azərbaycan və rus dillərində təqdim edildiyi barədə yazmışdıq.

Toplunun tərtibçisi və naşiri “Personalite” Beynəlxalq İctimai Birliyinin prezidenti, Moldova Yazıçılar Birliyinin üzvü, akademik Sergey Yevstratyevdir.


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!