Respublika Gənclər Kitabxanası Salam Qədirzadənin 100 illiyi münasibətilə materiallar hazırlayıb

 

Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanası yazıçı, dramaturq Salam Qədirzadənin 100 illiyi münasibətilə silsilə materiallar hazırlayıb.

Kitabxanadan bildirilib ki, hazırlanan virtual kitab sərgisi və videomaterialda yazıçının həyat və yaradıcılığı haqqında geniş məlumat verilib, onun bir çox gözəl ədəbiyyat nümunələrinin müəllifi olduğu qeyd edilib. Kitabxana əməkdaşları tərəfindən hazırlanan materiallarda Salam Qədirzadənin dramaturq kimi fəaliyyətinə də yer verilərək, onun təkcə Azərbaycanda deyil, Ukrayna, Moldova və digər ölkələrdə səhnəyə qoyulan “Haradasan, ay subaylıq?”, “Gurultulu məhəbbət” kimi əsərləri haqqında məlumat verilib.

Materiallarda tanınmış ədəbiyyat xadimləri tərəfindən yazıçı haqqında söylənilən fikirlər, ailə üzvlərinin xatirələri, yazıçının foto və videogörüntüləri də yer alıb.

Virtual kitab sərgisində yazıçının “46 bənövşə”, “Kəndimizdə bir gözəl var”, “Sevdasız aylar”, “Hər gün ömürdən gedir” kimi 20-ə yaxın əsərinin biblioqrafik təsviri verilib.

 

azertag.az


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!