Aprelin 10-u saat 13:00-da II Uşaq Kitab Festivalı çərçivəsində “Azərbaycan Nəşriyyatları Assosiasiyası” İctimai Birliyinin (ANAİB) təşkilatçılığı ilə “Azərbaycanda uşaq və tədris ədəbiyyatı: reallıq və perspektivlər” adlı elmi-praktik seminar keçiriləcək.
Edebiyyatqazeti.az ANAİB-ə istinadən xəbər verir ki, elmi-praktik seminarın keçirilməsində məqsəd Azərbaycan uşaq və tədris ədəbiyyatının problem və perspektivlərini müzakirə etmək, həll yolları ilə bağlı təklifləri dinləməkdir.
Elmi-praktik konfransın məruzəçiləri və çıxış edəcəkləri mövzular aşağıdakılardır:
- ANAİB-in sədri, seminarın moderatoru Şəmil Sadiq – “Uşaq ədəbiyyatının bugünkü vəziyyəti”;
- Elm və Təhsil Nazirliyinin Ümumi və məktəbəqədər təhsil şöbəsinin müdiri Vəfa Yaqublu – “Dərslik mətnləri. Oxuyub, anlamaq”;
- Yazıçı Zahid Xəlil – “Uşaq ədəbiyyatında klassizm ənənələri”;
- “Altun kitab” nəşriyyatının direktoru Rafiq İsmayılov – “Azərbaycanda uşaq kitabları beynəlxalq təcrübə kontekstində”Çap və elektron resurslar: mif və reallıq;
- Nizami adına Ədəbiyyat İnstitutunun "Uşaq ədəbiyyatı" şöbəsinin müdiri Elnarə Akimova – “Tədris vəsaitlərində uşaq ədəbiyyatının yeri və rolu”;
- “Şərq-Qərb” nəşriyyatının baş redaktoru Nərgiz Cabbarlı – “Uşaq ədəbiyyatının nəşrində və inkişafında dövlətin rolu”.
Qeyd edək ki, seminar Bakı İdman Sarayının konfrans zalında baş tutacaq.
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!